Əri ilə dalaşdı, "gərəksiz" qızını pəncərədən atdı


Digərləri 03 Avq 2018 17:14:00 257 0

Əri ilə dalaşdı, "gərəksiz" qızını pəncərədən atdı

Qeyri-rəsmi nikahda yaşadığı əri ilə dalaşan 23 yaşlı qadın 3 aylıq qızını pəncərədən atıb. Uşaq sağ qalsa da, başından çox ağır travmalar alıb. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Son.az Uraİnfo-ya istinadən bildirir ki, olay Tatarıstandakı Çistopol şəhərində baş verib. 23 yaşlı Angelina Korneyeva 3 aylıq qızı Tatyananı ikinci mərtəbədəki mənzilin pəncərəsindən aşağı atıb.

Asfalta düşən körpə ağır vəziyyətdə xəstəxanaya aparılıb.