"Miryusiflə Novruzu başqası öldürüb"


Digərləri 03 Avq 2018 17:18:00 267 0

"Miryusiflə Novruzu başqası öldürüb"

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi iddia olunur.

Son.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı Novruz Hüseynovun qardaşı Azər Hüseynovla əlaqə saxlayıb. 

O bildirib ki, Novruzun Miryusifi öldürməsi iddiası absurddur:

"Miryusif mənim qardaşım kimidir. Ailəmizdə bir neçə dəfə qonaq olub. Novruzun ən istəkli dostu idi. Şayiələrin hamısı yalandır".

Azər Hüseynov hadisənin necə baş verməsindən də danışıb:

"Mən Ağdamın Quzanlı qəsəbəsində yaşayıram, Novruz isə valideynlərimlə Ağcabədinin Hacıbədəlli kəndində yaşayır. Novruz özünə maşın alıb, maşını Miryusif sürərək evə gətirib. Hadisə bir gün içində olub.

Gündüz saat 16:00-da atamgilə gəliblər, səhərə yaxın saat 05:00-da evdən çıxıblar. Evdə heç kimə harasa gedəcəklərini deməyiblər, qəfil gediblər. Qardaşım sərbəst olsun deyə, ev geyimində çıxıb. Yəni, xüsusi hazırlaşıb getməyiblər.

Belə fikirləşirəm ki, onları kimsə çağırıb, evdən çıxarıb. Cinayəti başqaları törədib. İstəyirik ki, açığa çıxsın. Düşmənimiz kimdir, biz də bilək".

Azər "Evdən kimsə çağırıbsa, bu, ancaq telefonla vasitəsilə ola bilərdi. Telefonunda bununla bağlı fakt var" sualına isə belə cavab verib:

"Hazırda istintaq gedir və araşdırırlar. Bizə doğru-düzgün məlumat verilmir. Deyirlər ki, tapmışıq".


Xəbərə aid fotolar