Sumqayıtda 4 nəfərin ölümü ilə bağlı MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçildi və axtarışa verildilər


Digərləri 03 Avq 2018 17:06:00 234 0

Sumqayıtda 4 nəfərin ölümü ilə bağlı MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçildi və axtarışa verildilər

MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.

Bakı. MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, prokurorluq orqanları tərəfindən əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısının alınması, vəzifə öhdəliklərinə səhlənkar yanaşan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlərin görülməsi davam etdirilir. Xəbər verildiyi kimi, iyulun 28-də saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmovun yanıq xəsarətlərindən ölmələri faktına görə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə yanğın təhlükəsizliyinə cavabdehlik vəzifəsi qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi, elektrik qaynaq işləri zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmaqla bilik və təcrübəsi yoxlanılmayıb, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təchiz olunmamış işçilər qaynaq işlərinə cəlb olunublar.