Ömürlük məhbus Cəfər Mirzəyev "presxatada"


Kriminal 03 Avq 2018 16:31:00 289 0

Ömürlük məhbus Cəfər Mirzəyev "presxatada"

Rusiyanın Vladimir şəhərinin 1 nömrəli istintaq təcridxanasının təməli II Ekatirinanın dövründə qoyulub. Və bu günə kimi də adıçəkilən təcridxananın iş metodları görünür hələ də dəyişməyib. Təəssüf ki, 200 ildən sonra "pres-xata" termini  kimi yaddaşlara həkk olan "pres" sözü əslində "presləmək" mənasını verir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, əslən Azərbaycandan olan 28 yaşlı Cəfər Ələmdar oğlu Mirzəyev 16 may 2016-cı ildə Vladimir vilayət məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib. O, ötən il fevralın 3-də karserə salınmasına etiraz əlaməti olaraq aclığa başlayıb.

Təcridxananın əməkdaşları məhkumu karserdən çıxarsalar da onu öz kamerasına deyil, 26 saylı kameraya salmağa cəhd ediblər. 26 saylı kamerada adminstrasiya ilə əməkdaşlıq edən məhkumların saxlanıldığını bilən C.Mirzəyev təcridxana əməkdaşlarına müqavimət göstərib, onu həmin kameraya salmasınlar deyə qışqır-bağır salıb, başını divara çırpıb. Nəticədə məhkumu müvəqqəti olaraq növbətçi hissəyə aparıblar.

Baş vermis insident barədə təcridxana rəhbərliyinə məlumat verilib. Təcridxana rəhbəri A.M. Kopılkov məhkumun başqa kameraya köçürülməsi ilə bağlı rəsmi sənəd olmadan kiminsə şifahi tapşırığı əsasında C.Mirzəyevi 26-cı kameraya göndərməyinin vacibliyini bildirib. Beləliklə, azərbaycanlı məhkum 26-cı kameraya "yola salınıb".

Kameranın önünə gətirilən məhbus damağında gizlətdiyi  ülgücü çıxararaq qapının girişindəcə qollarını doğrayıb. Kəskin qanaxma yaransa da, ona heç bir tibbi yardım göstərilməyib və nəzarətçilər məhkumun qolları qandallı vəziyyətdə kameraya itələyiblər...

Kameradakı dustaqlardan biri -kriminal avtoritet  Filippov digər məhkumun köməkliyi ilə Cəfəri yerə uzadaraq onun əl-ayağını mələfə ilə bağlayıb. Daha sonra isə qollarındakı qandalı xüsusi açarla açıb "kormuşka" dan nəzarətçilərə qaytarıb.

Filippov gecə saatlarında döşəmədə uzanıqlı vəziyyətdə olan azərbaycanlı dustağa yaxınlaşaraq var gücü ilə onun qabırğalarını, qarnını təpikləyib, rezin başmaqla kürəyinə ardıcıl zərbələr vurub, aclığı dayandırmağı,  hansısa sənədləri imzalamağı tələb edib. Ən qəribəsi isə odur ki, nəzarətçilər gecə yoxlaması zamanı 20 saatdan artıq yerdə uzanıqlı vəziyyətdə qalmış azərbaycanlı dustağı görməzdən gəliblər. Filippov öz növbəsində əl-qolu bağlı, al-qan içərisində olan Cəfəri yenidən döyüb, başqa bir dustağa onu gözdən qoymamasını tapşırıb və heç bir şey olmamış kimi yatmağa yollanıb.

26-cı kamerada cəza çəkən dustaqlar Filippovun bu hərəkətlərinə nəinki etiraz etməyiblər, heç səslərini də çıxarmırlar, baş verənləri sukutla izləyiblər.

Vaxtilə onların özülərinin də bu cür döyülmələrə, işgəncələrə və seksual zorakılıqlara məruz qaldıqlarını iddia ediblər.


Xəbərə aid fotolar