İstanbulda İŞİD-lə bağlı ƏMƏLİYYAT - 38 xarici vətəndaş saxlanıldı


Digərləri 03 Avq 2018 16:36:46 271 0

İstanbulda İŞİD-lə bağlı ƏMƏLİYYAT - 38 xarici vətəndaş saxlanıldı

İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb

Bakı. İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 38 xarici vətəndaş saxlanılıb. Trend-in məlumatına görə, xüsusi əməliyyat eyni zamanda İstanbulun 12 ünvanında aparılıb. Saxlanılan şəxslər müxtəlif terror aktları hazırlamaqda şübhəli bilinir.