"O, çox yaxşı uşaq idi və məni çox sevirdi"


Dünya 03 Avq 2018 16:24:00 291 0

"O, çox yaxşı uşaq idi və məni çox sevirdi"

"Əl-Qaidə" terror qruplaşmasının yaradıcısı və lideri Üsamə bin Ladenin anası Aliyə Qanem Böyük Britaniyanın "The Guardian" qəzetinə müsahibə verib.

Son.az report-a istənadən xəbər verir ki, qəzetdə A.Qanemin hazırda Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində Üsəma bin Ladenin qardaşları - Əhməd, Həsən və ikinci həyat yoldaşı Məhəmməd əl-Attas ilə birgə yaşadığı göstərilir.

"Oğlum Üsəma bin Laden məndən uzaq olduğundan həyatım çox çətin olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi", - ana deyib.

A.Qanem bildirib ki, Üsəmanı üç yaşından etibarən ikinci həyat yoldaşı böyüdüb.