Əfqanıstanda məsciddə dəhşətli partlayış


Dünya 03 Avq 2018 16:05:00 212 0

Əfqanıstanda məsciddə dəhşətli partlayış

Əfqanıstanın şərqindəki Qardez şəhərində (Paktiya vilayəti) məsciddə partlayış baş verib.

Son.az report-a istinadən xəbər "Pajhwok" agentliyi 20 nəfərin öldüyünü, azı 40 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı barədə məlumat verib.

Bildirilib ki, məscidə cümə namazı vaxtı iki terrorçu-kamikadze hücum edib.

Yerli hökumət orqanlar partlayış olduğunu təsdiqləyiblər. Hadisənin təfərrüatları aydınlaşdırılır.