Narkotik və psixotrop maddələrin qaçaqmalçılıqla ölkəyə keçirilməsi cəhdləri artıb


Digərləri 03 Avq 2018 16:05:00 286 0

Narkotik və psixotrop maddələrin qaçaqmalçılıqla ölkəyə keçirilməsi cəhdləri artıb

Son aylar narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi cəhdləri artıb.

Bakı. Son aylar narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsi cəhdləri artıb. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin rəisi Musa Mirzəli deyib. İdarə rəisinin sözlərinə görə, may ayından bu günə qədər “Qoşa Təpə” gömrük postunda narkotik vasitə və psixotrop maddələrlə bağlı 46 cinayət faktı qeydə alınıb.