"Qaraba-da futboldan zövq alıram"


İdman 03 Avq 2018 15:45:00 273 0

"Qaraba-da futboldan zövq alıram"

Qarabağ-ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, bolqarıstanlı futbolçu yeni klubunda xoşbəxt olduğunu bildirib.

“Həqiqətən, çox xoşbəxtəm. Xüsusilə də, Sporting-dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orda hər zaman psixoloji və idarəçiliklə bağlı problem olurdu. İndi futboldan zövq alıram və bunu da sübut etməyə çalışıram. Qarabağ-ın heyətində dörd oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Düşünürəm ki, son oyunda daha yaxşı çıxış etdim. Penalti ilə nəticələnən üç məhsuldar ötürmə verdim.

Qarabağ-da olduqca xoşbəxtəm. Çünki bu komandanın oyun üslubu xoşuma gəlir. Burda mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm".

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyun haqda da danışan 24 yaşlı futbolçu rəqibi keçəcəklərini düşündüyünü deyib:

“BATE inanılmaz komandadır. Müasir futbol belədir ki, rəqibi azacıq da olsa, qiymətləndirməsəz, bu, sizə baha başa gələ bilər. Ona görə də, kollektiv və baxımlı oyun nümayiş etdirməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.