Mobil telefonların qanunsuz gətirilməsinin qarşısı alındı


Digərləri 03 Avq 2018 15:31:00 262 0

Mobil telefonların qanunsuz gətirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Son.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən üzərində 4 ədəd "İphone X" markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib.

Lakin vətəndaşın əşyaları rentgen aparatıyla yoxlanılarkən monitorda daha çox mobil telefonun təsviri görünüb. Bu səbəbdən həmin şəxs saxlanılıb və əşyaları təkrar yoxlanılıb.