“Uşaqları yara basıb” – Bu insanlar zibbillərin içərisində yaşayır –


Digərləri 03 Avq 2018 15:35:00 300 0

“Uşaqları yara basıb” – Bu insanlar zibbillərin içərisində yaşayır –

Şamaxının Məhəmməd Əmin Rəsulzadə küçəsində zibillik problemi yaranıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, küçənin sakinləri məişət tullantılarının əraziyə töküldüyündən şikayətlənirlər. Tullantılar yolda antisanitar vəziyyət yaradıb. 

Məsələ ilə bağlı sakinlər bunalrı deyir: "Bunu bura gətirib töküblər. Evimizdə otura bilmirik, milçək basıb hər yeri. Gecələr də itlərin səsindən dayana bilmirik. Bunu bilmirəm Bakıya aparırlar, hara aparırlar. Zibillikdən daşıyıb küçənin ortasına tökürlər", deyə Əlmövsüm Ələkbərov bildirib.  

"Gətirib gecə hamı yatandan sonra tökürlər zibbilləri bura. Yayın günüdü, antisanitariyadı. Bizim körpələrimiz var. Otura bilmirik, yata bilmirik, usaqları yara basıb", - digər sakin Məlahət Atakişiyeva danışıb. 

Zaur Abbasov adlı sakin də öz növbəsində "Bu məhlənin camaatı, istər yuxarı, istər aşağı tərəf. Mümkün deyil yaşamaq", deyə qeyd edib. 


Xəbərə aid fotolar