Paytaxtda “ağac qurudanlar” peyda olub –


Digərləri 03 Avq 2018 15:39:00 253 0

Paytaxtda “ağac qurudanlar” peyda olub –

Bakıda ağacların məqsədyönlü şəkildə qurudanlar peyda olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan videoda ağacın kökünə yandırıcı maddə töküldüyü görünür. Düzdür, həmin şəxsin kimliyi artıq müəyyənləşdirilib və cərimələnib. Əməkdaşlarımız araşdırmasında isə məlum olub ki, bu kimi hallar az deyil.

Növbəti belə cəhd Bakı şəhər Nərmanov rayonu Ağa Nemətulla küçəsində aşkarlanıb. Ağacların dibinə mənşəyi bilinməyən maddə tökülərək üstü bastırılıb. Nəticədə ağaclar qurumağa başlayıb. Faktı sosial şəbəkə istifadəçilərindən bir nəfər taparaq paylaşıb. Məsələni araşdıran Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə günahkarların cəzalandırıldığını açıqlayır. 

Məsələ ilə bağlı ETSN-in şöbə müdiri Umayra Tağıyeva "Nazirliyin nümayəndələri artıq həmin yerdə araşdırma apardılar və məlum oldu ki həmin sahənin sahibi Tofiq Babayevdir. Bu ağaclara ziyan vuran şəxs kimi məsuliyyətə cəlb olunub. Qanunvericiliyə uyğun olaraq ona 800 manata qədər cərimə tətbiq olunub", - deyə bildirib. 

Bəz yerlərdə Ağacın dibindən sökülən məftilin izləri açıq aydın görünür. Bitkilərin artıq solduğunu nəzərə alsaq təbii ki, burada da məqsədin ağacın qurudulması olduğunu düşünmək olar.


Xəbərə aid fotolar