Bir ayda "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib


Digərləri 03 Avq 2018 15:16:00 211 0

Bir ayda "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib

Bu ilin iyul ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib.

Biləsuvar. Ceyhun Ələkbərov - Bu ilin iyul ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan 14 min 388 nəqliyyat vasitəsi keçib. Trend-in məlumatına görə, bu barədə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib.