Sabunçu-Zabrat yolunda işlər yekunlaşdı - Nəqliyyat sıxlığı olmayacaq


Digərləri 03 Avq 2018 15:03:00 269 0

Sabunçu-Zabrat yolunda işlər yekunlaşdı - Nəqliyyat sıxlığı olmayacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir.

Bakı. Elçin Mehdiyev - Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir. BNA-dan Trend-ə verilən məlumata görə, şəhərin əsas nəqliyyat yükünü özündə cəmləşdirən yollarda hərəkətə mane olan amillərin aradan qaldırılması işləri görülür. Bu çərçivədə daha bir yolda, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılmasına dair işlər yekunlaşıb. Ərazidə aparılan müfəssəl təhlillərə əsasən, hazırlanan plana uyğun olaraq, yerüstü piyada keçidinin yaxınlığında yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Əvvəllər mövcud olan dayanacaq məntəqələrindən bir qədər irəlidə yeni cib tipli dayanacaq məntəqələri təşkil edilib, pavilyonlar qoyulub, müvafiq nişanlanma işləri görülüb. Bununla yanaşı, yerüstü keçidin hər iki hissəsində səki boyunca dəmir məhəccərlər vurulub ki, bu da piyadaların yolu pərakəndə halda keçməsinin qarşısını almaq məqsədi daşıyır.