İsti yay günlərində Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastların üzünə açacaq


Digərləri 03 Avq 2018 14:47:00 295 0

İsti yay günlərində Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastların üzünə açacaq

İsti yay günlərində Milli Gimnastika Arenası növbəti milli yarışına hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ən zərif gimnastika növünün nümayəndələri 10-12 avqust tarixlərində Bədii Gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyində öz güclərini sınayacaqlar.

Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010 və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010, 2006-2007 və 2003-2005 yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq. Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 73 gimnast çıxış edəcək.