Dövlət Gömrük Komitəsi daha bir ilkə imza atıb


Digərləri 03 Avq 2018 14:48:00 242 0

Dövlət Gömrük Komitəsi daha bir ilkə imza atıb

"Qoşa Təpə" gömrük postunda bir aya yaxın müddət ərzində "bir pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb.

Biləsuvar. Ceyhun Ələkbərov - Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "bir pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir. “Qoşa Təpə” gömrük postunda "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi artıq bir aya yaxın vaxtdır ki, işə düşüb. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.