Sərhədi sürünərək keçən qaçaqmalçılar içi dolu narkotik çantasını qoyub qaçdılar


Digərləri 03 Avq 2018 14:31:00 331 0

Sərhədi sürünərək keçən qaçaqmalçılar içi dolu narkotik çantasını qoyub qaçdılar

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.

DSX-dan Son.az-a verilən məlumata görə, hadisə avqustun 1-də sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nəzarətə götürülüb.

Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıb, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.


Xəbərə aid fotolar