AZAL 3 istiqamətə uçuşların vaxtını dəyişdi


Digərləri 03 Avq 2018 14:35:00 278 0

AZAL 3 istiqamətə uçuşların vaxtını dəyişdi

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Moskva, Bağdad və Bodrum istiqamətində bu gün yerinə yetiriləcək reyslərin cədvəlində dəyişikliklər edib.

Bu barədə Son.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Dəyişikliyə əsasən, J2 852 Bakı-Moskva reysi 10:40-dan 17:00-a, J2 5011 Bakı-Bağdad reysi 19:00-dan 01:00-a (növbəti gün), J2 023 Bakı-Bodrum reysi isə 10:00-dan 14:00-a keçirilib. Əks istiqamətlərə uçuşlarda da dəyişiklik var.