Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edildi


Digərləri 03 Avq 2018 14:28:00 340 0

Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edildi

Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu "İsuzu" markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Patrul Xidməti (YPX) inspektoru Tural Həsənov tərəfindən saxlanılıb. 

Yoxlama zamanı sürücü Natiq Əhmədovda sərxoşluq əlamətləri özünü aşkar büruzə verdiyindən o, tibbi müayinəyə dəvət olunub. Tibbi müayinə zamanı N.Əhmədovun narkotik vasitə (THC OPİ) qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi təsdiq olunduğundan "İsuzu" markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarə etmədən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib, habelə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.5-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. 


Xəbərə aid fotolar