Neftçi-nin kapitanı əməliyyat olunub


İdman 03 Avq 2018 14:26:00 256 0

Neftçi-nin kapitanı əməliyyat olunub

Neftçi-nin futbolçusu Ruslan Abışov əməliyyat olunub. Almaniyada baş tutan əməliyyat uğurlu keçib. Goal.az xəbər verir ki, komandanın kapitanı bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

"Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın Ujpest-lə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.