Trendlə ayaqlaşmaq istəyən müğənni biabır oldu


Digərləri 03 Avq 2018 14:10:00 254 0

Trendlə ayaqlaşmaq istəyən müğənni biabır oldu

Sosial şəbəkələrdə, xüsusən də Instagram-da yayılan "Keke, I love you" trendinə uymaq istəyən müğənni biabır olub.

Son.az Posta-ya istinadla xəbər verir ki, "Keke, I love you" trendinə görə sosial şəbəkə istifadəçiləri avtomobildən düşərək qapı açıq vəziyyətdə Drake-nin "in my feelings" mahnısının sədaları altında rəqs edirlər. Hazırda belə videoların sayı mini keçib.

Belə video çəkmək istəyən rusiyalı müğənni Tanya German "qəzaya düşüb". Belə ki, videonun çəkilişi zamanı sürücü anidən avtomobili saxlayıb və müğənninin çənəsi avtomobilin qapısına çırpılıb. Onun ağzı əzilib.


Xəbərə aid fotolar