Umayra Tağıyeva: "Son dövrlərdə Azərbaycanda müşahidə olunan toz dumanı lokal xarakter daşıyır"


Digərləri 03 Avq 2018 13:51:00 355 0

Umayra Tağıyeva: "Son dövrlərdə Azərbaycanda müşahidə olunan toz dumanı lokal xarakter daşıyır"

"Son dövrlərdə Azərba­ycan ərazisində müşah­idə olunan toz dumanı­ əsasən antropogen sə­bəblərdən yaranır, yə­ni lokal xarakter daş­ıyır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: "Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq".