Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində


Digərləri 03 Avq 2018 13:43:00 324 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının yeni rəhbəri təyin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Əliyev Anar Rəhim oğlu nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.