Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib


Digərləri 03 Avq 2018 13:42:00 321 0

Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib

Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib.

Bakı. Samir Əli - Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib. Trend-in məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, şübhəli şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və hazırda araşdırmalar davam etdirilir.