Kino günündəki qalmaqalla bağlı daha bir


Kriminal 03 Avq 2018 13:34:00 315 0

Kino günündəki qalmaqalla bağlı daha bir

Rejissor Yavər Rzayev Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə xalq artisti Oqtay Mirqasımovla dalaşması barədə yazılanlara aydınlıq gətirib.

Son.az axşam.az-a istinadən bildirir ki, əməkdar incəsənət xadimi açıqlamasında münaqişəyə səbəb Oqtay Mirqasımovun filmdə barəsində deyilən sözü düz başa düşməməsi olduğunu deyib: 

"Çəkdiyim filmdə işlədilən sözü düz anlamamışdı. Amma filmdə Oqtay Mirqasımovun filmləri barədə də danışılır. Sadəcə, Oqtay müəllim barədə deyilən ifadəni düz başa düşmədiyinə görə anlaşılmazlıq yarandı".