İtaliya hökuməti TAP layihəsinə sadiqdir


Digərləri 03 Avq 2018 13:31:00 246 0

İtaliya hökuməti TAP layihəsinə sadiqdir

İtaliyanın Baş naziri Cuzeppe Konte və Melendunyo şəhərinin meri Marko Poti arasında keçirilmiş görüş İtaliya hökumətinin Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına sadiqliyinin göstəricisidir

Bakı. İlkin Şəfiyev - İtaliyanın Baş naziri Cuzeppe Konte və Melendunyo şəhərinin meri Marko Poti arasında keçirilmiş görüş İtaliya hökumətinin Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına sadiqliyinin göstəricisidir. Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) yüksək vəzifəli mənbə bildirib. Mənbə əmin olduğunu bildirib ki, bu görüş layihənin reallaşdırılmasına müsbət təsir göstərəcək: “İndiyədək bu cür görüşlər olmamışdı. Amma indi Baş nazir Konte Vaşinqtonda Donald Trampla görüşü zamanı dediklərinə tam uyğun olaraq yerli ictimaiyyət nümayəndələrilə ilə görüşlərə başlayıb. Mən əminəm ki, bu, zəruri razılaşmanın əldə olunmasına aparan yoldur”.