Uşaqların gələcəyini məhv edən tutuldu


Digərləri 03 Avq 2018 13:02:00 270 0

Uşaqların gələcəyini məhv edən tutuldu

Kolumbiyanın Kartahena şəhərində Liliana del Karmen Kampos Puello adlı qadın tutulub. O, 250 nəfər uşağı və yeniyetməni fahişəliyə vadar etməkdə, azyaşlıları və yetkinlik yaşına çatmamışları cinsi istismara məruz qoymaqda, fahişəxana saxlamaqda günahlandırılır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Puello ilə birlikdə, onun qurduğu mütəşəkkil cinayətkar dəstənin 18 üzvü də tutulublar.

Onlar azyaşlı və yeniyetmə qızları bordellərdə "müştəri"lərə təklif edirdilər,

Puellonun dəstəsinin qurbanlarının ən kiçiyi 9, ən böyüyü 17 yaşdadır.

"Madam" ləqəbli Puellonun həmin binəvalar "gələcəyimizi məhv edən insan" adlandırırlar.

"Madam"ın toruna saldığı qızların hamısının bədənlərinə xüsusi döymə, tatu vurulub.


Xəbərə aid fotolar