"Sən niyə hicablı deyilsən" dedi, qadına hücum çəkdi


Digərləri 03 Avq 2018 13:06:00 417 0

"Sən niyə hicablı deyilsən" dedi, qadına hücum çəkdi

"Sən yəni o qədər həyasızsan ki, belə edirsən, hə?! Yəni o qədər pissən?!"

İranda sükan arxasında olan hicablı qadın maşından çıxaraq başıaçıq qadını vurub, döyməyə çalışıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay İranın paytaxtı Tehranda yaşanıb.

Şəhərin mərkəzi küçələrindən birində işıqforun qırmızı işığı yanmışdı. Avtomobillərdən birinin sükanı arxasında olan hicablı qadın yan maşını idarə edən başıaçıq qadını görəndə sinirlənib.

O, başıaçıq qadına tənələr yağdırıb, onu tərbiyəsiz adlandırıb.


Xəbərə aid fotolar