Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatıb FOTO


Siyasət 03 Avq 2018 12:39:00 74 0

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatıb  FOTO

İyulun 24-31-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Son.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Gənclər və İdman Nazirliyində olub, gənclər və idman nazininin müavini İntiqam Babayevlə görüşüblər. Görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər. Qonaqlar tərəfindən gənclər siyasəti ilə bağlı verilmiş suallar ətraflı cavablandırılıb. Moskva şəhəri Mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib. Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi İdarə heyətinin üzvü Emin Hacıyev də iştirak ediblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.

Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramovla görüşü keçirilib, Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini hər iki ölkə və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhər Mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, "Road to Moscow" təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər.

Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət edərək Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey barəsində geniş məlumat verilib.

Daha sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzindəki "Azərbaycan inciləri" və "Mini Azərbaycan" sərgiləri ilə də tanış olublar.

Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfər təəssüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim ediblər.

Növbəti günlər qonaqlar JARA-2018 Beynəlxalq Müsiqi Festivalının açılışında iştirak edib, Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər ilə tanış olublar.

Fermerlər Şurası yaradıldı like
  • 03 Avq 12:37  
Digərləri Fermerlər Şurası yaradıldı

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həs

arrow Ətraflı
Nazirlikdən iş tapa bilməyən gənclərlə bağlı like
  • 03 Avq 12:33  
Digərləri Nazirlikdən iş tapa bilməyən gənclərlə bağlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Gəncləri

arrow Ətraflı
Dünyanın diqqətini çəkən görüntü like
  • 03 Avq 12:29  
Digərləri Dünyanın diqqətini çəkən görüntü

"Mənim libasım, mənim seçimim", "Barmaqlarınızı niqabımda

arrow Ətraflı
Real-ın prezidenti Modricin qiymətini açıqladı like
  • 03 Avq 12:27  
İdman Real-ın prezidenti Modricin qiymətini açıqladı

DÇ-2018-də Xorvatiya yığmasının heyətində möhtəşəm oyun s

arrow Ətraflı
Rusiya hiddətlənib  Fəlakətlər astanasında... like
  • 03 Avq 12:25  
Siyasət Rusiya hiddətlənib Fəlakətlər astanasında...

ABŞ-ın gizli dəstəyi ilə Ermənistanda iğtişaş-mitinq dalğası üzərin

arrow Ətraflı
ETSN: Azərbaycanda meşə yan­ğınlarının 97 faizi insa­n amili ilə bağlıdı­r like
  • 03 Avq 12:20  
Digərləri ETSN: Azərbaycanda meşə yan­ğınlarının 97 faizi insa­n amili ilə bağlıdı­r

"Azərbaycanda meşə və­ çöl ərazilərinin yan­ğınının 97 faizi

arrow Ətraflı
Rus qadının evində işləyən 3 usta onu bağladı, dəfələrlə zorladı və... like
  • 03 Avq 12:17  
Digərləri Rus qadının evində işləyən 3 usta onu bağladı, dəfələrlə zorladı və...

Bakıda qadına evində təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təv

arrow Ətraflı
Türkiyəli hərbi qulluqçular Azərbaycana gəlib (FOTO) like
  • 03 Avq 12:15  
Digərləri Türkiyəli hərbi qulluqçular Azərbaycana gəlib (FOTO)

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb like
  • 03 Avq 12:12  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Avqustun 3-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

arrow Ətraflı
Qadın qorxunc kukla göstərdi  sosial şəbəkələrdə yeni fenomen like
  • 03 Avq 12:12  
Digərləri Qadın qorxunc kukla göstərdi sosial şəbəkələrdə yeni fenomen

Uzun illərdən bəri ABŞ-ın Çikaqo şəhərində yaşamış iki övlad anas

arrow Ətraflı
Nazirlikdən iş tapa bilməyən gənclərlə bağlı mühüm addım like
  • 03 Avq 12:04  
Digərləri Nazirlikdən iş tapa bilməyən gənclərlə bağlı mühüm addım

Proqram 50-yə yaxın gəncin subsidiyalı əsaslarla məşğulluğunun təmin e

arrow Ətraflı