Dünyanın diqqətini çəkən görüntü


Digərləri 03 Avq 2018 12:29:00 266 0

Dünyanın diqqətini çəkən görüntü

"Mənim libasım, mənim seçimim", "Barmaqlarınızı niqabımdan çəkin"

Danimarkada üz örtüklərinin qadağan olunması barədə qərar qüvvəyə minib.

Son.az Nyu York Times-ə istinadla xəbər verir ki, müsəlman qadınlar küçələrə çıxaraq qərara etiraz ediblər.

Qərarda təkcə niqabın deyil, ümumiyyətlə üzü bağlayacaq hər hansı geyimin qadağan edildiyi qeyd olunsa da, niqablı qadınlar düşünür ki, hədəf müsəlman qadınlarıdır.

Yüzlərlə niqablı qadın Kopenhaqen və Orhus şəhərinin mərkəzi küçələrinə yığışaraq etiraz aksiyası keçiriblər. Etiraz aksiyası keçirənlər arasında açıq-saçıq geyimli şəxslər də olub.

Onlar şüarlarını səsləndiriblər.

Polis etiraz aksiyası keçirən qadınları cəzalandırmayıb və mitinqə müdaxilə etməyib.


Xəbərə aid fotolar