Real-ın prezidenti Modricin qiymətini açıqladı


İdman 03 Avq 2018 12:27:00 268 0

Real-ın prezidenti Modricin qiymətini açıqladı

DÇ-2018-də Xorvatiya yığmasının heyətində möhtəşəm oyun sərgiləyən Luka Modriçlə bir neçə klub maraqlanır. Goal.az xəbər verir ki, Modriçə görə Real-ın fantastik təkliflər aldığı da bildirilir. “Kral klubu”nun prezidenti Florentino Peres məsələ ilə bağlı açıqlama verib. O, Modriçin satış qiymətini də bəyan edib:

“Modriç komandadan yalnız bir halda gedə bilər. Onu almaq istəyən klub 750 milyon avro ödəməlidir”. Deyilənə görə, Modriçin İnter-ə keçmə ehtimalı yüksəkdir.

İnter-in futbolçusu Marselo Brozoviç sosial şəbəkədə yazmışdı ki, Modriçin keçidi həll olunub. Ancaq o, daha sonra yazdığını səhifədən silməli oldu. Modriç DÇ-2018-in ən yaxşı futbolçusu seçilib.