Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır


Digərləri 03 Avq 2018 12:23:00 286 0

Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır

Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır.

Bakı. Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Federasiyadan Trend-ə verilən məlumata görə, 17-18 noyabr tarixlərində Milli Gimnastika Arenasında gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq Dünya Kuboku təşkil olunacaq. 2 gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. İlkin sifarişə əsasən Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçib.