Nazirlik karxana sahiblərinə xəbərdarlıq etdi


Digərləri 03 Avq 2018 11:57:00 237 0

Nazirlik karxana sahiblərinə xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə məxsus 11 daş karxanasında atmosfer havasında olan toz miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə məxsus 11 daş karxanasında atmosfer havasında olan toz miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib. Trend-in məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev deyib.