Film kimi hadisə Adam öldürdü, binadan atladı, piyadanı vurdu, maşını qaçırdı


Dünya 03 Avq 2018 11:42:00 273 0

Film kimi hadisə  Adam öldürdü, binadan atladı, piyadanı vurdu, maşını qaçırdı

Mançester şəhərində filmlərdə baş verən hadisələr tipli olay yaşanıb.

Son.az The Sun-a istinadla xəbər verir ki, əvvəllər mebel ustası olan 27 yaşlı Maykl Marler ( Michael Marler ) 24 yaşlı sevgilisi Daniell Riçardsonu ( Danielle Richardson ) evində bıçaqlayaraq öldürüb.

O, hadisə yerindən qaçmaq üçün pəncərədən atlayıb. Maykl 8 metr hündürlükdən binanın yaxınlığına park edilmiş avtomobilin üzərinə düşüb.

Maykl yerə düşdükdən sonra aşağıdakı kişiylə dalaşıb və avtomobili qaçıraraq oradan uzaqlaşıb.


Xəbərə aid fotolar