“Allah qapısını açsın!” Hacı İbrahim Nehrəmli qardaşının həbsi haqda...


Digərləri 03 Avq 2018 11:46:00 249 0

“Allah qapısını açsın!”  Hacı İbrahim Nehrəmli qardaşının həbsi haqda...

"Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm".

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında "Avesta" şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib.

İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb,

"Belə bir şey varsa, Allah qapısını açsın!", - deyən Hacı İbrahim Nehrəmli digər sualardan yayınıb.

"Qafqazinfo"nun yaydığı xəbərə görə, iş adamı Sahib İbrahimov həbs edilib. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.