Millimiz 2 qol vursa da, Belarusa məğlub oldu


İdman 03 Avq 2018 11:42:00 269 0

Millimiz 2 qol vursa da, Belarusa məğlub oldu

Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması toplanış çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Goal.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə Belarus yığmasının xeyrinə başa çatıb. Rəqib hər üç qolu penalti zərbəsindən vurub. U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib. Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev AFFA-nın saytına fikirlərini bildirib:

“Belarus yığması ilə oyun oyunçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu. Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”.