Azərbaycan Beynəlxalq Bankı VİSA kart sahibləri üçün yeni stimullaşdırıcı lotereyaya start verdi


Digərləri 03 Avq 2018 11:16:00 300 0

Azərbaycan Beynəlxalq Bankı VİSA kart sahibləri üçün yeni stimullaşdırıcı lotereyaya start verdi

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün xoş sürpriz həyəcanı davam edir. Bank yeni stimullaşdırıcı lotereya kampaniyasına başlayıb.

İştirak şərtləri belədir:

- Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının VİSA plastik kartları ilə xarici ölkələrdəki POS-terminallarda ən azı 100 manatlıq ödəniş etmiş müştərilər, eləcə də xarici ölkələrə məxsus internet səhifələrində ən azı 100 manatlıq ödəniş etmiş müştərilər hər 100 manatlıq ödənişə görə 1 uduş şansı qazanacaqlar. 

Məsələn, əgər müştəri bankın VİSA plastik kartı ilə bu qaydada 430 manatlıq ödəniş etmişsə, onun lotereyada 4 uduş şansı olacaq. 100 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanmır və bir dəfəyə ödənişi 100 manata çatmayan müştərilər kampaniyada iştirak etmir. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarından istifadə edərək uduş şanslarını istənilən sayda artıra bilər.