Sumqayıtda qaz olmayacaq


Digərləri 03 Avq 2018 10:44:00 225 0

Sumqayıtda qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İB-dən Son.az-a verilən məlumata görə, diametri 530 millimetrlik orta təzyiqli qaz kəmərindən qidalanan qaz təchizatı şəbəkəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.