TAP çərçivəsində Albaniyada mikrotunelin tikintisi başa çatdı


Digərləri 03 Avq 2018 10:49:00 287 0

TAP çərçivəsində Albaniyada mikrotunelin tikintisi başa çatdı

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə Konsorsium Albaniyada mikrotunelin tikintisini başa çatdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konsorsiumun məlumatında qeyd olunub.

Bildirilir ki, 1,5 kilometrlik tunelin tikintisi iyulun sonunda başa çatdırılıb.

Məlumatda qeyd olunur: "Bu tunel TAP-ın şərq və qərb seqmentlərini birləşdirir. Layihənin subkontraktoru olan Fransanın "Bessac" şirkəti ilə birlikdə Konsorsium tunel tikintisini qrafikə uyğun və yüksək səviyyədə tikərək yekunlaşdırıb".