Vidalın yeni klubu bəlli oldu


İdman 03 Avq 2018 10:26:00 302 0

Vidalın yeni klubu bəlli oldu

Bayern Munich-in futbolçusu Arturo Vidalın Barcelona-ya keçidi gerçəkləşmək üzrədir.

Goal.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Kataloniya klubunun 20-25 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 22 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib.