Xaçmazda ağır qəza: yaralılar var


Digərləri 03 Avq 2018 09:24:00 260 0

Xaçmazda ağır qəza: yaralılar var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmaz-Bakı yolunun Hülövlü kənd ərazisindən keçən hissəsində hərəkətdə olan mikroavtobus dayanmış maşına çırpılıb. Nəticədə 5 nəfər yaralanıb.

Xəsarət alanlar bunlardır:

Niftiyeva Şabikə Ələkbər qızı (1960), Masallı şəhər sakini ambulator müalicə; Quliyeva Sənəm Hacıbala qızı (1947), Xaçmaz şəhər sakini, stasionar  müalicə; Cavadova Xədicə Ramazan qızı (1962), Xaçmaz şəhər sakini, ambulator; Ağayev Nadir Şahali oğlu (1969), Sumqayıt şəhər sakini, ambulator; Həmidova Zemfira Sərxan qızı, Xırdalan şəhər sakini, ambulator.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.