Çoban naməlum şəxs tərəfindən döyülüb


Kriminal 03 Avq 2018 08:51:00 303 0

Çoban naməlum şəxs tərəfindən döyülüb

Tovuz rayonunda çobanlıq edən şəxs döyülərək xəstəxanalıq olub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Göyəbaxan kəndində baş verib. 

Belə ki, həmin kənd ərazisində çobanlıqla məşğul olan, 1962-ci il təvəllüdlü Şahvələd Hüseyn oğlu Hüseynov hələ ki, bilinməyən səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.