Avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib


Digərləri 03 Avq 2018 08:07:00 259 0

Avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Gəncədə yaşlı kişini avtomobil vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Şəhər sakini Orxan Cəlilov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən 1939-cu il təvəllüdlü Rəşid Əli oğlu Həsənovu vurub. Sürücü ağır xəsarət alan yaşlı kişini özəl xəstəxanaların birinə aparıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən O.Cəlilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.