Azərbaycan bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədir


Digərləri 03 Avq 2018 07:54:00 215 0

Azərbaycan bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədir

Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər.

Son.az bildirir ki, bunu Trend-ə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyindən deyiblər.

Qeyd olunur ki, 2017-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artaraq 772,1 milyon dollar təşkil edib. 2018-ci ilin ilk 5 ayı ərzində isə 43 faiz artaraq 356,72 milyon dollara bərabər olub:

"Bu cür artım tempini nəzərə alaraq hesab etmək olar ki, yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsi bir milyard dolları ötə bilər".