Azərbaycan bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədir (ÖZƏL)


Digərləri 03 Avq 2018 07:37:47 208 0

Azərbaycan bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədir (ÖZƏL)

Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər

Bakı. Azad Həsənli - Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər. Bunu Trend-ə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyindən deyiblər. Qeyd olunur ki, 2017-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artaraq 772,1 milyon dollar təşkil edib. 2018-ci ilin ilk 5 ayı ərzində isə 43 faiz artaraq 356,72 milyon dollara bərabər olub: "Bu cür artım tempini nəzərə alaraq hesab etmək olar ki, yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsi bir milyard dolları ötə bilər".