Dünya çempionu qəhrəman titulundan imtina etdi VİDEO


Digərləri 03 Avq 2018 07:28:00 315 0

Dünya çempionu qəhrəman titulundan imtina etdi  VİDEO

Boks üzrə dünya çempionu 2012 London olimpiadasının qızıl medalçısı Aleksandr Usik "Ukrayna qəhrəmanı" adından imtina edib.

Son.az xəbər verir ki, boksçu bu barədə Ukrayna telekanalları üçün keçirdiyi mətbuat konfransında danışıb.

"Mənim ölkəmin insanlarına qəhrəman lazım deyil. Ukrayna xalqının bir neçə seçmə insanı var. Mən həqiqətən də, qəhrəmanam. Ancaq bunun üçün ulduzlara ehtiyacım yoxdur".

Dünya çempionu dövlətdən də nə isə istəməyəcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Usik 2017-ci ildə Moskvada keçirilən Dünya Boks Super Seriyasının (WBSS) finalında rusiyalı rəqibi Murat Qassievə qalib gəlmiş və dünya çempionu olmuşdu. O, həmçinin "Məhəmməd Əli" kubokunu qazanmışdı.