İlin birinci yarısında Dubaya turistlərin axını azalıb


Dünya 03 Avq 2018 07:00:00 282 0

İlin birinci yarısında Dubaya turistlərin axını azalıb

Körfəz bölgəsinin turizm mərkəzi sayılan Dubaya səfər edən xarici vətəndaşların sayı 2018-ci ilin birinci yarısında 0,5 faiz artıb ki, bu da ötən ilki səviyyədən xeyli aşağıdır. Keçən il həmin göstərici 10,6 faiz təşkil etmişdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları müxtəlif görməli məkanların tikintisinə milyardlarla vəsait yatırıblar, o cümlədən dünyada ən yüksək qüllənin ucaldılmasına xeyli vəsait xərcləyiblər. Turizm Departamentinin məlumatına görə, Dubay bu ilin əvvəlindən iyunun 30-a kimi 8,1 milyon xarici turist qəbul edib.

2017-ci ilin məlumatına görə, ilin birinci yarısında şəhərə 8,06 milyon turist gəlib və inişillə müqayisədə 10,6 faiz artım qeydə alınıb.

Turizm Departamentinin 2017-ci ilin sonuna olan məlumatına görə, turizm sahəsi 109 milyard dirhəm (29,7 milyard ABŞ dolları) qiymətləndirilib.

Dubayda uzun illər sürən güclü yüksəlişdən sonra bu il bəzi sahələrdə, məsələn, daşınmaz əmlak sahəsində artım sürətinin yavaşıması müşahidə olunur.