Məryəmin oğlu İsa


Digərləri 02 Avq 2018 23:55:00 264 0

Məryəmin oğlu İsa

Quranın özünəməxsus üslubu var. Məxluqatı deyil, Xaliqi ucaldar. Üstünlüyü gücə, qüvvətə, məqama deyil, təqvaya verər. Ən üstə şəhadəti qoyar, ən alta münafiqliyi.

Nəbi və rəsullarından danışarkən onları bizlərdən biri kimi tanıdar: Ad qövmünə qardaşları Hudu göndərdik (7/65), Səmud qövmünə qardaşları Salehi göndərdik (7/73), Mədyən qövmünə qardaşları Şueybi göndərdik (7/85)... deyər, bizə qardaşlarımızı tanıdar. Hər elin bir İbrahimə ehtiyacı olduğunu, köləliyin Musalıqla son bulacağını bəyan edər. İnsanlarla heyvanları eyni gəmiyə mindirmədən fırtınalardan xilas olunmayacağını Nuhun gəmisi ilə isbat edər.

Son.az azerislam.com-a istinadən bildirir ki, İbrahimi atası ilə tanıdar, Nuhu oğlu, Lutu arvadı ilə, Fironun yanında Asyanı zikr edər. Heç kimə başqasının sorumluluğunu yükləməz. Atası Azər olanın İbrahim ola biləcəyini, Nuhdan da bir Kənanın törəməsini mümkün qılar. Atamızın Azər olması bizi sorumluluğumuzdan uzaqlaşdırmadığı kimi, atamızın Nuh olması da bizim üçün artı dəyər olmaz. Lut kimi bir kişinin azğın arvadı olmaq da mümkündür, Fioun kimi bir tirana asi qadın da. Yəni hesabda hər kəs yalnız olar, hər qoyun öz ayağından asılar misali...

Musadan danışmadan öncə anasından bəhs edər, Yəhyadan danışmadan öncə Zəkəriyyənin duasından. İsanı anası Məryəmlə anar. Məryəmin oğlu İsa deyər və gözlərimiz önündə bir ailə tablosu canlandırar: baba İmrandan bəhs edər, nənənin duasını zikr edər, fidan kimi yetişmiş Məryəmin təslimiyyətini nəql edər və sonda İsanı tanıdar. Bu bir Allah üslubudur. Bu bir möhtəşəm yazarın insanlıq tarixini yazmasıdır. Zəkəriyyə kimi dua edənlərin qısır qarılarından bir Yəyha doğular, İbrahim kimi atəşlərə gedənlər nəbilər ordusu ilə müjdələnər. Hannələrin qurbanı qəbul olar, şeytanın şərrindən qorunmuş Məryəmlər, İsalar doğular. Hər şeyin bir sünnətə tabe olduğunu bəyan edər, 29 ayəsində Mənim sünnətimdə dəyişiklik görməzsiniz deyər. Atəşdə yanmamağın sünnəti İbrahim kimi dua etməkdir, atasız övlad sahibi olmağın sünnəti Hannə kimi adamaq, Məryəm kimi adanmaq. İsanı Adəmlə müqaisə edər. Adamlığın adanmışlıq olduğunu anladar. İsaya da kəlamım (3/39, 45; 4/171) deyər, Qurana da. İsanı "oxumaq" üçün Quranı doğru oxumağı öyrədər.