Rusiya müdafiə nazirinin müavini Yerevana gəldi


Dünya 02 Avq 2018 23:56:00 278 0

Rusiya müdafiə nazirinin müavini Yerevana gəldi

Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana səfər edib.

Son.az oxu.az-a istinadən bildirir ki, A.Fomin Yerevanda Ermənistanın müdafiə naziri David Tonoyanla danışıqlar aparıb.

"Görüş zamanı iki ölkə arasında siyasi və hərbi münasibətlərin daha da dərinləşməsinin zəruriliyi vurğulanıb. Tərəflər həmçinin Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyətinə də toxunublar", - Ermənistan Müdafiə nazirliyinin məlumatında deyilir.