Quranı necə oxumaq?


Digərləri 02 Avq 2018 23:20:00 359 0

Quranı necə oxumaq?

Quran səma Kitabıdır ki, onunla nə qədər yaxın əlaqədə olsaq, bizim üçün fəziləti vardır. Quranı tilavət etməyin savabları çoxdur. Bəziləri deyir ki, Quran ərəb dilindədir. Ona görə də onu başa düşmürük. Bəs onun öz dilimizdəki tərcümə və təfsirini oxusaq kifayət olarmı?

Son.az deyerler.org-a istinadən bildirir ki, bizim cavabımız budur ki, təfsir və tərcüməni oxumaq çox gözəldir. Ancaq Quran ərəb dilində nazil olmuşdur. Onun məhz bu dildə tilavət edilməsinin biz bilmədiyimiz faydaları və fəzilətləri vardır. Ona görə də təfsir və ya tərcümə heç bir zaman ərəb dilində tilavət qədər fəzilətə malik ola bilməz. Quran məhz ərəb dilində qəliblənmiş və bu halda vəhy şəklində yerə enmişdir. Əgər onu öz dilimizə tərcümə etsək, gözəldir. Mənalarını yaxşı başa düşərik. Ancaq bu tərcümə Quranın həqiqi qəlibi olmayacaqdır.

Bu, insan bədənində olan ruha bənzəyir. Ruhun nazil olduğu bədən - həmin Qurandır. Mənasını başa düşməsək də, məhz ərəb dilində olan bədənə və ya qəlibə nazil olmuşdur. Ona görə də onu bu qəlibdə tilavət etməyin fəziləti heç bir tərcümə və təfsiri oxumağın fəzilətinə çata bilməz.

Əgər insan Qurana çox yaxın olsa və onu çoxlu oxusa, istər-istəməz tərcüməsi ilə də tanış olacaqdır.

Bəzən belə sual verirlər ki, bəs Quranı nə qədər oxusaq yaxşıdır?